407 şəxsin ölkədən çıxışına qadağa qoyulub

407 şəxsin ölkədən çıxışına qadağa qoyulub
8 Noyabr 2016
Mətni dəyiş
7 noyabr 2016-cı il tarixinə vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin adları açıqlanıb.
Vergilər Nazirliyinin məlumatına görə, 407 fiziki şəxsin vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulub. Bu şəxslər arasında xarici ölkələrin 5 vətəndaşı da var. Nazirlik vergi ödəyicilərinin borcunun həcmini açıqlamayıb.
Vergi borcuna görə, ölkədən getmə hüququ məhdudlaşdırılan hüquqi şəxslərin sayı isə 684-ə çatıb. Oktyabrın 31-nə olan məlumata görə, bu şəxslərin sayı 655 olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun