320 manatlıq dərmanı 1200 manata satan şəxs azadlığa buraxılıb

320 manatlıq dərmanı 1200 manata satan şəxs azadlığa buraxılıb
25 Noyabr 2016
Mətni dəyiş
Bakıdakı "AVIS" apteklər şəbəkəsinin sahibi, "My Med" MMC-nin direktoru Elmir Məhərov 10 ay həbsdə saxlanıldıqdan sonra məhkəmə zalından azadlığa buraxılıb.
Noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyasının çıxardığı hökmə əsasən, E.Məhərova Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. "My Med"in rəhbəri 3 il şərti cəza ilə azadlığa buraxılıb.
Elmir Məhərov süni qiymət artımında, ölkədə dərman qıtlığı yaradıb sonra daha baha qiymətə satmaqda günahlandırılır. İttihama görə, "My Med" MMC-nin tabeliyində olan "AVIS" apteklər şəbəkəsində diabet xəstəliyinin müalicəsinə nəzərdə tutulan "Pegintron 80" dərmanı qiymətindən dörd dəfə baha - 1200 manata satılıb. Əslində isə, dərmanın qiyməti 320 manatdır.
E.Məhərov yanvarın 29-da həbs olunub. Ona CM-nin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200-cü (istehlakçıları aldatma) maddələri ilə ittiham verilmişdi.
E.Məhərov məhkəmədə ifadəsində özünü təqsirli bilmədiyini deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun