Əsgər oğlunun ölümünə dözməyən ananın ürəyi partlayıb

Əsgər oğlunun ölümünə dözməyən ananın ürəyi partlayıb
10 Noyabr 2016
Mətni dəyiş
Bir neçə gün bundan əvvəl nəməlum şəraitdə həyatını itirən əsgər Nadir Süleymanovun anası da dünyasını dəyişib. Bu barədə interpress.az saytı xəbər verib. 
Əsgərin atası Pərviz Süleymanov bu barədə deyib ki, oğlu sağlam olub: "Öz ayağı ilə Gəncə şəhər Mərkəzi Kiliniki Xəstəxanaya noyabr ayının 4-də gedib. Həkimlər ona pnevmaniya diaqnozu qoyublar".
20 günün əsgəri öldü, buna dözməyən anasının ürəyi partladı Ata deyir ki, xəstəxanada vəziyyəti pişləşib, onlara zəng edib deyirlər, onlar da Gəncəyə xəstəxanaya gediblər:
"Biz gedəndə artıq komada idi. Oğlum noyabrın 5-də, saat 6 radələrində dünyasını dəyişdi. Dünən 3 mərasimi idi. Anası dedi dözməyəcəyim üçün mən də dünyamı dəyişəcəm. Elə dediyi kimi də oldu".
Pərviz Süleymanov deyib ki, həyat yoldaşı Gülbahar Süleymanova dünən səhər saat 11-də ürək tutmasından dünyasını dəyişib:
"İndi hadisə ilə bağlı istintaq aparılır. Oğlum sağlam idi. Sadəcə çiynində çıxıq olduğuna görə 20 yaşında əsgər gedib. Belə heç bir problemi yox idi. Üç gün əvvəl mənlə danışdı. Dedi ki, bəs Andiçmə mərasiminə gələrsiz. Goranboyda N saylı hərbi hissəyə xidmət üçün yollanmışdı".
Əsgər atası deyib ki, hər şey qaydasında idi, birdən nə olub anlamayıblar: "Oğlumun ali təhsili yox idi. Elə orta məktəbi bitirib hərbi hissəyə yollanmışdı. Nə olduğunu bilmirəm. Mən Zakir Həsənovun da qəbuluna gedəcəm. Hazırda dediyim kimi Bakı şəhər Prokurorluğu istintaq aparır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun