"Əsadın hökmranlığına son qoymaq üçün Suriyadayıq"- Erdoğan

"Əsadın hökmranlığına son qoymaq üçün Suriyadayıq"- Erdoğan
29 Noyabr 2016
Mətni dəyiş
Türkiyənin dövlət başçısı Recep Tayyip Erdoğan İstanbulda qatıldığı bir tədbirdə çıxış edib.
Abzas.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, çıxışında Suriyadakı vətəndaş müharibəsinə də toxunan Erdoğan bu günə qədər Suriyada 1 milyona yaxın insanın öldüyünü və ölümlərin hələ də davam etdiyini bildirib. "Biz səbr etdik ama daha dözə bilməzdik, Suriyaya "Azad Suriya Ordusu" ilə bərabər müdaxilə etməyə məcbur olduq"- deyə Erdoğan qeyd edib.
Türkiyənin Suriya torpaqlarında gözünün olmadığını deyən Erdoğan, orada ədalətin bərpası üçün olduqlarını vurğulayıb. "Dövlət terroru əstirən Əsadın hökmranlığına son qoymaq üçün Suriyadayıq, başqa bir məqsədimiz yoxdur"- deyə bildirib

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun