Əmanətlərin Sığortalanması Fondu üç bağlanan bank üzrə tələblərin qəbulunu başa çatdırıb

Əmanətlərin Sığortalanması Fondu üç bağlanan bank üzrə tələblərin qəbulunu başa çatdırıb
24 Noyabr 2016
Mətni dəyiş
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Parabank” ASC, “Dekabank” ASC və “Kredobank” ASC-nin kreditorlarının tələblərinin qəbul prosesini başa çatdırıb. Bu barədə bankların ləğvedicisi olan ADIF-dən məlumat verilib.
Turan Fonda istinadən bildirir ki, qanuna əsasən, ləğvedici tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələblərini elan veriləndən sonra 60 təqvim günü ərzində qəbul edir.
Qeyd edək ki, bu elan əhalinin sığortalanan əmanətlərinə aid deyilş Fondun məlumatına görə, noyabrın 21-dək "Parabank" "Parabank" ASC-nin əmanətçilərinə 42 mln 852 min, “Kredobank” əmanətçilərinə  27 milyon 005 min manat və “Dekabank” əmanətçilərinə 3 milyon 021 min manat kompensasiya ödənilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun