Yəmən: "Qətliamın əsas günahkarı Amerikadır"

Yəmən: "Qətliamın əsas günahkarı Amerikadır"
11 Oktyabr 2016
Mətni dəyiş
Yəməndə Husi Ensarullah hərəkatının lideri Abdul Malik əl Husi paytaxt Sənada Səudiyyə Ərəbistanının bir cənazəyə təşkil etdiyi və ən az 140 nəfərin öldüyü hücumun arxasında ABŞ-ın dayandığını söyləyib.
Ensarullah hərəkatı lideri Abdul Malik əl Husi dünən televiziyada yayımlanan çıxışında Yəməndə məktəblərə, xəstəxanalara və dinc bölgələrə hücum edən Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin ən böyük silah tədarükçüsünün ABŞ olduğunu açıqlayıb.
"ABŞ bu qırğının əsas günahkarıdır", - deyən Husi lideri, "Yəmənliləri öldürənlər hər cür əxlaqdan yoxsuldur və hər cür günahı işləyə bilərlər. Səudiyyəlilər Yəmənliləri ABŞ-ın silahlarıyla qətl etdi. Səudiyyə Ərəbistanının günahsız insanları öldürmə və digər ölkələrin müstəqilliyinə hörmət göstərməmə mövzusunda heç də yaxşı olmayan keçmişi var. Səudiyyə Kralı ABŞ-ın icazəsi olmadan Yəmənə hücum etməyə cəsarət edə bilməzdi", - deyə danışıb.
Abdul Malik el Husi
Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin keçən ilin mart ayında Yəmənə başlatdığı əməliyyatlarda minlərlə insanın həyatını itirməsi, beynəlxalq reaksiyalara gətirib çıxarır. ABŞ da, əvvəlki gün Səna şəhərində 140-dan çox insanınn öldüyü hücum sonrasında Səudiyyə Ərəbistanı liderliyindəki koalisiyaya 'dəstəyi gözdən keçirmə' xəbərdarlığı etmişdi.
Ancaq etirazlara rəğmən ABŞ Xarici işlər nazirliyi avqust ayında Səudiyyə Ərəbistanına tankları da ehtiva edən 1 milyard 150 milyon dollar məbləğində silah satışını təsdiqləmişdi. Ayrıca ABŞ pilotsuz uçuş aparatlarının Yəməndə təşkil etdiyi hücumlarda çox sayda vətəndaşın də öldüyü bilinir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun