Ukrayna MDB-dən çıxmağı müzakirə edir

Ukrayna MDB-dən çıxmağı müzakirə edir
10 Oktyabr 2016
Mətni dəyiş
"Ukrayna Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmaq məsələsini nəzərdən keçirir"
Bu sözləri “112 Ukrayna” telekanalına müsahibəsində Ukrayna xarici işlər naziri Pavel Klimkin deyib.
“MDB tərkibindən çıxmaq məsələsini nəzərdən keçiririk. Bizim qurumda təmsil olunan dövlətlər ilə onlarla müqavilələrimiz mövcuddur. Misal üçün, diplomların qarşılıqlı tanınması, pensiya ödənişləri ilə bağlı. Ümid edirik ki, məsələlərin ayrı-ayrılıqda tənzimlənməsi bizə bu işi tamamlamağa imkan verəcək. Şəxsən mən MDB-dən çıxmağın ardıcıl tərəfdarıyam”, - deyə P.Klimkin bildirib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun