Tusk: “Rusiyaya qarşı sanksiyaların müddəti artırılmalıdır”

Avropa Şurasının sədri Donald Tusk Avropa Birliyinin Ukraynada davam edən ‘Ukraynadakı böhran və Rusiyanın Suriyadakı hərəkətləri’ səbəbi ilə rəsmi Moskvaya qarşı sanksiyaların artırılmasının lazım olduğunu söyləyib.
“Alan Passauer Neue Presse” qəzetinin təşkil etdiyi paneldə çıxış edən Tusk, AB-nin sanksiyaları uzatdığı son tarix olan iyuldan bəri Ukraynadakı vəziyyətlə əlaqədar heç bir şeyin dəyişmədiyini, Suriyada isə hüquqi pozuntuların daha da artdığını vurğulayıb.
Qeyd edək ki, Avropa Birliyi Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini 2017-ci ilin yanvar ayının sonuna qədər artırmışdı. AB Şurası keçən ay bəyan etdiyi açıqlamada da Ukrayna separatçıları və rus nümayəndələri hədəf alan sanksiyaların 15 Mart 2017-ci il tarixinə qədər uzadıldığını ifadə etmişdi.