“Tesla” sürpriz məhsul təqdim edəcək

“Tesla” sürpriz məhsul təqdim edəcək
11 Oktyabr 2016
Mətni dəyiş
ABŞ-ın pilotsuz avtomobillər istehsal edən özəl şirkəti “Tesla”nın rəhbəri Elon Musk yeni və gözlənilməz məhsulun təqdimatını anons edib.
Musk oktyabrın 17-də politsuz avtomobillərlə bağlı təqdim keçirəcəklərini, oktyabrın 28-də isə “Tesla Motors” və “SolarCity”nin birgə məhsulunu təqdim edəcəklərini bildirib. Lakin o, yeni məhsulun konkret nədən ibarət olacağını açıqlamayıb.
“Business İnsider” qeyd edib ki, söhbət “Powerwall” və “Powerpack” günəş panellərindən gedə bilər. Həmin panellər “Tesla” avtomobillərini ev şəraitində şarj etməyə imkan verəcək. Ən gözlənilməz məhsul kimi “Tesla” pilotsuz avtomobilləri üçün ikinci nəsil avtopilot sisteminin təqdim edilə biləcəyi də iddia olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun