SOCAR Türkiyədə neft terminalı satın alır

SOCAR Türkiyədə neft terminalı satın alır
10 Oktyabr 2016
Mətni dəyiş
SOCAR Avstriyanın enerji şirkəti “OMV”nin Türkiyədəki törəməsi “OMV Petrol Ofisi A.Ş.”nin İzmirin Əliağa rayonundakı neft terminalını satın alır.
Şirkət rəhbərliyi bununla bağlı “OMV Aktiengesellschaft” ilə razılığa gəlib.
Məlumata əsasən, SOCAR bir qrup başqa beynəlxalq investorla birgə “OMV Aktiengesellschaft” ilə razılıq əldə edib.
Satın alınması razılaşdırılan həmin obyektlərin 2012-ci ildə təməli qoyulan və 2018-ci ildə istismara veriləcək “Star” neft emalı zavodundan ötrü saxlama və nəqletmə bazası kimi istifadə ediləcəyi bildirilir.
Şirkət razılaşmanı “Star” zavodunun əvvəlcədən nəzərdə tutulmuş inkişaf strategiyası üzrə növbəti addım kimi təqdim edib. Terminal 200 min kubmetr maye yanacaq və 45 min kubmetr mayeləşdirilmiş neft qaz (LPG) saxlamaq tutumuna malikdir.
Bununla da, SOCAR-ın Türkiyə iqtisadiyyatına yatırdığı investisiyaların həcminin 18 mlrd. dollara çatacağı bildirilir.
Qeyd edək ki, SOCAR 2008-ci il mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun