Sivil Toplum Platforması Malena Mard və AB heyəti ilə görüşüb

Sivil Toplum Platforması Malena Mard və AB heyəti ilə görüşüb
6 Oktyabr 2016
Mətni dəyiş
Sivil Toplum Platforması (STP) bu gün geniş nümayəndə heyəti ilə Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard və ofisin əməkdaşları ilə görüş keçirib.
Görüşdə M.Marda STP-nin yaranma zərurəti və fəaliyyət istiqamətləri, qarşıya qoyulmuş məqsədlər barədə bilgi verilib.
Daha sonra avropalı diplomatlarla ölkədəki ictimai-siyasi vəziyyət, vətəndaş cəmiyyəti, medianın hüquqi və praktik durumu ilə bağlı müzakirə aparılıb. Habelə, siyasi azadlıqlar, sosial-iqtisadi vəziyyətin ağırlaşmasından doğan nəticələr və beynəlxalq qurumlarla Azərbaycanın münasibətləri nəzərdən keçirilib.
Tərəflər əməkdaşlığın qarşılıqlı dialoq şəraitində keçirilməsinin önəmini vurğulayaraq, bundan sonra da STP ilə Avropa Birliyi arasında təmasların sıxlaşdırılmasının faydalı olacağı qənaətinə gəliblər.
Sivil Toplum Platformasını müstəqil vətəndaş cəmiyyəti institutlarının nümayəndələri demokratik islahatların təşviqi məqsədi ilə yaradıblar. Qurumda QHT rəhbərləri, hüquqşünaslar, jurnalistlər, iqtisadçılar təmsil olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun