Rusiya BMT-yə Suriya ilə bağlı alternativ qərar layihəsi təqdim edib

Rusiya BMT-yə Suriya ilə bağlı alternativ qərar layihəsi təqdim edib
8 Oktyabr 2016
Mətni dəyiş
Rusiya BMT-yə Suriyada atəşkəs təmin edilməsinə dair alternativ qərar layihəsini təqdim edib.
Rusiyanın BMT-dəki daimi təmsilçiliyindən verilən açıqlamada, Fransanın Suriyanın Hələb şəhərində atəşkəs təmin edilməsinə dair qərar layihəsini təqdim etdiyi və mövzunun BMT Təhlükəsizlik Şurası tərəfindən bu gün günortadan sonra səsə qoyulacağı bildirilib.
Açıqlamada ayrıca "Fransanın təqdim etdiyi layihəni danışdıqdan sonra Rusiyanın təqdim etdiyi layihə müzakirə ediləcək" ifadələrindən istifadə edilib.
Rusiyanın təqdim etdiyi layihədə BMT Suriya xüsusi nümayəndəsi Steffan de Misturanın təklif etdiyi kimi Əl Nusra (yeni adıyla Fəth əl Şam) üzvlərinin Hələb şəhərinin şərqindən çıxarılması təklif edilir. Layihədə ayrıca BMT Baş katibi Ban Ki-Munun BMT Təhlükəsizlik Şurasına bu mövzuyla əlaqədar planı ətraflı şəkildə təqdim etməsi ilə birlikdə, ABŞ və Rusiya arasında 9 Sentyabrda əldə edilən atəşkəs razılaşmasının icrası, qarşıdurmaların dayandırılması və humanitar yardımın çatdırılması çağırışı edilir.
Suriyadakı böhranın həllinin ancaq siyasi yolla mümkün ola biləcəyi vurğulanan layihədə bütün tərəflərdən əhatəli dialoq reallaşdırmaları və ön şərt təqdim etmədən De Mistura ilə 'quruluşçu əməkdaşlıq' etmələri da tələb edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun