Rusiya ABŞ-la nüvə sazişini dayandırıb

Rusiya ABŞ-la nüvə sazişini dayandırıb
6 Oktyabr 2016
Mətni dəyiş
Rusiya nüvə və enerji sektorlarında tədqiqat və inkişaf sahəsində ABŞ ilə əməkdaşlıq sazişini dayandırıb.
Bu barədə Rusiya hökuməti məlumat yayıb.
Məlumata əsasən, buna səbəb Ukrayna hadisələri ilə əlaqədar ABŞ-ın Rusiyaya qarşı sanksiya tətbiq etməsi olub. Bu qərara münasibət bildirən Ağ Evin mətbuat katibi Josh Ernest bildirib ki, ikitərəfli əlaqələrdə çətinliklərə baxmayaraq, ABŞ nüvə təhlükəsizliyi sahəsində Rusiya ilə əməkdaşlığın davam edəcəyinə ümid edir.
Qeyd edək ki, Rusiya və ABŞ arasında saziş 16 sentyabr 2013-cü ildə Vyanada imzalanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun