Roma Papası Bakıya gəlir

Roma Papası Bakıya gəlir
1 Oktyabr 2016
Mətni dəyiş
Sentyabrın 30-da Roma Papası Francis-in Qafqaza 3 günlük səfəri başlayıb. O, əvvəlcə Gürcüstanda, sonra Azərbaycanda siyasi və dini liderlərlə görüşəcək. 
Gürcüstana səfər edən Roma Papası Francis Tbilisinin mərkəzindəki Mesxi adına stadionda küləvi ibadətə qatılıb.
Bundan əvvəl Vatikan rəhbərini Gürcüstan prezidenti və baş naziri qəbul edib. Roma Papası həmçinin diplomatik korpusun nümayəndələri, dini liderlər və ictimaiyyət üzvlərilə ilə də görüşüb.
Oktyabrın 2-də isə Papa Francis Bakıda olacaq. Kilsədə dini mərasimdən sonra onun Şəhidlər Xiyabanını ziyarət edəcəyi, rəsmilərlə, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə ilə görüşü gözlənir. Görüş Heydər Əliyev Məscidində keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun