Rafael Ağayev beşqat dünya çempionu olub

Rafael Ağayev beşqat dünya çempionu olub
30 Oktyabr 2016
Mətni dəyiş
Avstriyanın Linz şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun üzvü Rafael Ağayev 5-ci dəfə dünya çempionu tituluna yiyələnib.
75 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Misir təmsilçisi Onar Abdel Rahman ilə qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn Ağayev 5-ci dəfə planetin ən yaxşısı adına yiyələnib.
Xatırladaq ki, finala qədər Macarıstan, Hollandiya, Özbəkistan və Ermənistanlı rəqiblərini məğlub edən R.Ağayev yarımfinalda iranlı idmançıya qalib gəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun