Qorbaçov: "Rusiya və ABŞ yenidən müzakirələrə başlamalıdır"

Qorbaçov: "Rusiya və ABŞ yenidən müzakirələrə başlamalıdır"
10 Oktyabr 2016
Mətni dəyiş
SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov Rusiya və ABŞ-ın qarşılıqlı etibarsızlığa son verərək, nüvə mövzusu başda olmaqla müzakirələrə yenidən başlamaq məcburiyyətində olduğunu söyləyib.
1986-ci ildə Qorbaçov ilə sabiq ABŞ prezidenti Ronald Reagan arasında İslandiyanın paytaxtı Reykjavikdə keçirilən və nüvə mövzusu müzakirələrinin baş tutduğu SSRİ-ABŞ zirvəsinin 30-cu ildönümü səbəbi ilə jurnalistlərin suallarını cavablayan Qorbaçov, Rusiya və ABŞ arasındakı əlaqələrin qarşılıqlı etibarsızlıq mühiti səbəbiylə gərgin olduğunu vurğulayıb.
"Fikrimi bir çox dəfə dilə gətirdim. Yalnız regional məsələlərin deyil, bütün mövzuların ələ alınacağı müzakirələrə başlanmalıdır. Əvvəlcə də nüvə mövzusu ətrafında danışıqlar aparılmalıdır", - deyən Qorbaçov dünyanın çox təhlükəli nöqtəyə gəldiyini bildirib.
Terrorla mübarizə və ətraf mühitdə baş verən fəlakətlərin qarşısının alınması kimi prioritet mövzulara geri dönüş edilməsinin əhəmiyyətinə işarə edən Sovet lideri, dialoqun dayandırılmasının ən böyük səhv olduğunun qeyd edibı. Qorbaçov deyib ki, bu günün şərtlərində nüvəsiz dünyada yaşamaq qeyri-mümkündür.
Xatırladaq ki, ABŞ Xarici İşlər Nazirliyi ötən həftə Suriyada Rusiya ilə həyata keçirilən əməkdaşlığın təxirə salındığını bəyan etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun