Lətif Hüseynov Avropa Məhkəməsinə hakim seçilib

Lətif Hüseynov Avropa Məhkəməsinə hakim seçilib
7 Oktyabr 2016
Mətni dəyiş
Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsində (AHİM) təmsil etməsi üçün namizədliyi irəli sürülən 3 hakim arasında ən çox səsi Lətif Hüseynov toplayıb.
AŞPA-dan verilən məlumata görə, sentyabrın 29-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) AHİM-ə Hakimlərin Seçilməsi Komitəsinin iclası keçirilib.
Namizədlər arasında ən yüksək səs çoxluğunu hakim Lətif Hüseynov qazanıb.
AŞPA-nın payız sessiyası çərçivəsində oktyabrın 11-12-də hakimin seçilməsi ilə bağlı səsvermənin keçirilməsi gözlənilir.
Qeyd edək ki, Azərbaycanın Avropa Şurasındakı səfiri Emin Eyyubov AŞPA-nın baş katibi Voytsex Savitskiyə hakimlər Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovun namizədliyinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsi barədə məktub göndərib.
Bundan əvvəl 2 dəfə - ötən il iyunun 15-də və bu il yanvarın 24-də AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun