Keçmiş bank işçilərinin müavinətini ödəmək üçün vəsait çatmır

Keçmiş bank işçilərinin müavinətini ödəmək üçün vəsait çatmır
11 Oktyabr 2016
Mətni dəyiş
Bank-maliyyə sektorunda baş verən dəyişikliklərlə əlaqədar 2700 nəfər yerli məşğulluq mərkəzlərinə müraciət edib.
Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazirin sözlərinə görə, son dövrdə bankların konsolidasiyası, o cümlədən bankların və valyutadəyişmə məntəqələrinin bağlanması bu sahədə çox sayda insanın işini itirməsinə gətirib çıxarıb.
"Həmin insanlar işsiz kimi qeydiyyatdan keçiblər və onlara işsizlik müavinəti təyin olunub. Son səkkiz ayın məlumatına görə isə banklarda orta aylıq əmək haqqı çox yüksək, təxminən 1252 manatdır. Nəzərə alsaq ki, bu məbləğin 70%-i müavinət formasında ödənilməlidir, bu, Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən böyük məbləğin ayrılmasını tələb edir. Buna görə də bu il ayrılan 15 milyon manat bu məqsədə kifayət etmir".
S. Müslümov bildirib ki, bunun üçün işsizlikdən sığorta sistemi ortada olmalı və hər kəs öz iş yerini sığortalamalıdır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun