Jurnalist tənqidi yazılarına görə həbs təhlükəsi ilə üzləşib

Jurnalist tənqidi yazılarına görə həbs təhlükəsi ilə üzləşib
31 Oktyabr 2016
Mətni dəyiş
“Jurnalist - Elçin İsmayıllı tənqidi yazılarına görə məhkəməyə verilib. O, daha öncə də İsmayıllı Rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən təzyiqlərə məruz qalmışdı”.
Bu sözləri hüquq müdafiəçisi Oktay Gülalıyev sosial şəbəkədə paylaşdığı məlumatda yazıb.
O.Gülalıyev qeyd edib ki, jurnalisti İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Həsən Həsənov məhkəməyə verib:
“Bu gün saat 16 00- da məhkəmə prosesi keçiriləcək. Məqsəd jurnalisti böyük həcmli pul vəsaiti ilə cərimələmək və ya onun haqqında Cinayət Məcəlləsinin 147- ci maddəsi ilə cinayət işi açıb susdurmaqdır. Təbii ki, idarə müdiri olan məsul şəxs təmsil etdiyi nazirliyin və tabe olduğu rayon icra hakimiyyəti başçısının razılığı olmadan belə bir addım ata, tanınmış jurnalisti məhkəməyə verə bilməz”.
Sonda hüquq müdafiəçisi mətbuat nümayəndələrinə müraciət ünvanlayıb:
“Bu məlumatı paylaşmaqla həm Elçin bəyə qarşı olan təzyiqləri pisləyir, ona dəstək olduğumuzu bildirir, həm də mətbuat nümayəndələrini və aidiyyatı qurumları olayı diqqətdə saxlamağa çağırırıq!”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun