Jurnalist Rauf Mirqədirov İsveçrə hökumətinə müraciət edib

Sentyabrın 16-da ölkədən gedən keçmiş siyasi məhbus, jurnalist Rauf Mirqədirov İsveçrə hökumətinə müraciət edib. 
Bu barədə vəkil Fuad Ağayev məlumat verib.
Vəkil jurnalistin İsveçrə hökumətinə siyasi mühacir statusu almaq üçün müraciət etdiyini bildirib.
Rauf Mirqədirov martın 17-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb. R.Mirqədirovun vəkili Fuad Ağayev onun haqda bəraət verilməsini istəsə də, məhkəmənin qərarına əsasən Rauf Mirqədirov şərti azadlığa buraxılıb.
R.Mirqədirov 2014-cü ilin 19 aprelində Türkiyədə saxlanılıb və Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum olunub.