İstanbulda partlayış baş verib - FOTO - VİDEO

İstanbulda partlayış baş verib - FOTO - VİDEO
7 Oktyabr 2016
Mətni dəyiş
Türkiyənin İstanbul şəhərində yerləşən Yenibosna bölgəsində 75-ci İl polis mərkəzi yaxınlığında partlayış baş verib.
Yerli vaxtla saat 15.50 radələrində bomba yüklü motosiklet partladılıb. Partlayış sonrası ətrafdakı çox sayda maşına ziyan dəyib, evlərin şüşələri qırılıb. Bölgəyə xilasetmə qrupları sövq edilib. Polis ətrafda geniş təhlükəsizlik tədbirləri alıb. Ola biləcək daha bir partlayış ehtimalına qarşı bölgə boşaldılıb.
İstanbul valisi Vasip Şahin, Yenibosna 75-ci İl Polis Mərkəzi və əsgərlik şöbəsi yaxınlığında meydana gələn partlayışda 10 nəfərin yaralandığını ifadə edərək, ağır yaralı olmadığını bildirib.
istanbul
Şahin, Bahçelievler bölgəsində hadisə yerində araşdırmalar aparıb. Burada mətbuat mənsublarına açıqlama verən Şahin 14.45 radələrində Bahçelievler Fatih Prospektində bomba yerləşdirilmiş bir motosikletin partladıldığını ifadə edərək, "Partlayışda 10 vətəndaşımız yaralanıb. Sosial şəbəkə vasitəsi ilə etdiyimiz daha əvvəlki açıqlamamızda 1-i ağır, dörd yaralı olduğunu açıqlamışdıq, amma Allaha şükür ağır yaralımız yoxdur. Müalicələri davam edir", - deyə qeyd edib.
Hadisə ilə əlaqədar qrupların işlərini davam etdirdiyini ifadə edən Şahin, hadisənin meydana gəlmə şəkli, mövzuyla əlaqədar terror təşkilatı əlaqəsinə bağlı işlərin davam etdiyini bəyan edib.
istanbulda-partlay
Motosikletlə gələn bir nəfərin qaçdığı və iki nəfərin də uzaqlaşdığı istiqamətindəki iddialara bağlı sualı cavablayan vali, "Bunların hamısı araşdırılır. Motosikleti biri gətirib yerləşdirir. Bununla əlaqədar ətrafdakı kamera görüntülərinin hamısı toplanır. Bunlar ətraflı araşdırılacaq. Hal-hazırda təhqiqat mərhələsində olduğu üçün çox bir şey söyləməmiz mümkün deyil", - deyə vurğulayıb.
Partlayışdan dərhal əvvəl qara pencək, cins şalvar və qara kaska taxan bir adamın qaçaraq hadisə yerindən uzaqlaşdığı öyrənilib. Bunun üzərinə şübhəlini ələ keçirmək üçün polis ətrafda araşdırma edir. Geniş diametrli əməliyyat başladılıb.
  istanbulda-partlayis1

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun