İraq ordusu Mosul əməliyyatına başlayıb

İraq ordusu Mosul əməliyyatına başlayıb
11 Oktyabr 2016
Mətni dəyiş
İraq Ordusunun Mosulu İŞİD-dən geri almaq üçün hərbi əməliyyata başladığı bildirilir.
Orduya bağlı 76-cı Briqada Komandirliyi ağır silah və zirehli vasitələrlə ölkənin qərbindəki Ənbar vilayətindən Mosulun cənub və şərq cəbhələrinə doğru hərəkətə başlayıb.
Briqada komandiri kapitan Məhəmməd Gati, Kərkük yolundan keçişləri əsnasında verdiyi açıqlamada, İraq-Suriya sərhədindəki Ənbar vilayətində İŞİD-in aradan qaldırılmasından sonra indi Mosula tərəf yönəldiklərini söyləyib.
Ölkənin mərkəz və qərb hissələrində İŞİD-in varlığına tamamilə son verildiyini ifadə edən Gati, "Ordumuz hazırda Mosulun cənub-qərb cəbhəsindəki Şırgat qəsəbəsi və şərqindəki Mosul Anbarı cəbhəsinə doğru hərəkət edir", - deyə bildirib.
Mosulun qaytarılması üçün ordunun bütün hazırlıqlarının tam şəkildə davam etdiyi məlumatını verən Gati bildirib ki, İraq əsgərlərinin əhvalları yüksəkdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun