İqtisadiyyata investisiya qoyuluşu 13% azalıb

İqtisadiyyata investisiya qoyuluşu 13% azalıb
13 Oktyabr 2016
Mətni dəyiş
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 268,7 mln. manatlıq vəsait yönəldilib.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% azdır.
Vəsaitin 71,2 %-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 80,2%-i məhsul istehsalı obyektləri, 15,5%-i xidmət sahələri üzrə obyektlər, 4,3%-i isə ümumi sahəsi 1 205,5 min kv.metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Rəsmi statistikaya əsasən, daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39,1%-ni təşkil edib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun