İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı açıqlanıb

İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı açıqlanıb
10 Oktyabr 2016
Mətni dəyiş
2016-cı ilin Nobel iqtisadiyyat mükafatı Oliver Hart və Bengt Holmstroma verilib.
İsveç Krallığı Elmlər Akademiyasının yaydığı məlumata görə,  ABŞ vətəndaşı Oliver Hart və Finlandiya vətəndaşı Bengt Holmstromun müqavilələr nəzəriyyəsinin inkişafına verdikləri töhfəyə görə bu mükafata laiq görüldüyü bildirilib.
Nobel mükafatının lauretı Oliver Hart ABŞ-da Harvard Universitetində iqtisadiyyat professoru, Bengt Holmstrom isə Massachusetts Institute of Technology-də (MİT) işlər idarəsində professor kimi çalışır.
Hart və Holmstromun hər birinə mükafat olaraq 8 milyon İsveç kronu ( 1 milyon ABŞ dolları) veriləcək.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun