Gürcüstandakı seçkidə iqtidar da, müxalifət də qalib olduğunu bildirir

Gürcüstandakı seçkidə iqtidar da, müxalifət də qalib olduğunu bildirir
9 Oktyabr 2016
Mətni dəyiş
Gürcüstanda parlament seçkiləri keçirilir. Rəqabət əsas iki qüvvə arasında gedir, hakim Gürcü Arzusu bloku və ana müxalifət partiyası Vahid Milli Hərəkat. Səsvermə bitəndən sonra müxalif və iqtidar partiyalarının ilk açıqlamaları olub. 
Saakashvili-nin lideri olduğu Vahid Milli Hərəkatın nümayəndələrindən biri Giga Bokeria Rustavi2 kanalına açıqlamasında bildirib ki, onlar səslərini qoruyacaqlar: "Mən əminəm ki, biz iqtidarı məğlub edəcəyik".
O tərəfdarlarına müraciət edərək təmkinli olmağa və səslərini qorumağa çağırıb: "Vahid Milli Hərəkatın qalib gəlmək və Gürcü Arzusunu məğlub etmək şansı var".
Bokeria səslərin qorunmasının vacib olduğunu bildirib və deyib ki, Ivanishvili hökumətinin çöküşünü yekunlaşdırmaq lazımdır.
"Çətin kampaniyadan və seçki günündən bu nəticələr göstərir ki, Bidzina Ivanishvili mandat əldə edə bilməyib", - deyə Giga Bokeria qeyd edib.
"Gürcü Arzusu" isə qələbəsini qeyd edir. Gürcüstanın baş naziri, Gürcü Arzusu koalisiyasının liderlərindən biri Giorgi Kvirikashvili isə tərəfdarları qarşısında çıxış edib və onları qələbə münasibəti ilə təbrik edib.
"Bu gün Gürcüstan insan ləyaqətinin ən vacib şey olduğuna cavab verdi. Biz seçkidə böyük üstünlüklə qələbə qazanmışıq", - deyə baş nazir bildirib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun