Gürcüstanda parlament seçkiləri - rəsmi nəticələr, reaksiyalar [Yenilənir]

Gürcüstanda parlament seçkiləri - rəsmi nəticələr, reaksiyalar [Yenilənir]
9 Oktyabr 2016
Mətni dəyiş
Gürcüstan Mərkəzi Seçki Komissiyasının son açıqlamasına görə səslərin 82,55%-i sayılıb. Parlamentə düşmək üçün lazım olan minimum 5 faizlik səsi 3 partiy qazanıb. İndi qədər olan nəticələr belədir:
Gürcü Arzusu - 49,26%, Vahid Milli Hərəkat - 26,46%, Tarkhan Mouravi-Irma Inashvili Vətənpərvərlər Alyansı - 5%.
Parlamentə düşməyə çox yaxın olan sonuncu partiya isə keçmiş daxili işlər nazirinin partiyası Irakli Alasania-nın Azad Demokratlar partiyasıdır - 4.58%.
* * *
Gürcüstan prezidenti müxalifətin seçki pozuntuları ilə bağlı iddialarına münasibət bildirib. 
Prezident Giorgi Margvelashvili seçkidən sonrakı ilk açıqlamasında seçki saxtakarlıqları ilə bağlı iddialara münasibət bildirib. O, aidiyyatı qurumlardan tələb edib ki, seçki dövründə baş verən insidentlər araşdırılsın.
"Bu seçkilər yalnız 8 oktyabr səsvermə gününə görə qiymətləndirilməyəcək", - deyə prezident bildirib.
* * *
Müxalif partiyalar səslərin sayılmasından sonra seçki ilə bağlı ilkin reaksiyalarını açıqlayıblar. 
"Səslərimiz oğurlanıb, biz səslərimizin müxafiə edəcəyik", - deyə Vahid Milli Hərəkatın kampaniya rəhbəri və namizədi Nika Melia bildirib. O, etirazçılara deyib ki, qələbə onların partiyasına aiddir.
Bir neçə müxalif partiya - Demokratik Gürcüstan, İşçi Partiyası, Vətənpərvərlər Alyansı hökuməti kütləvi saxtakarlıqda ittiham ediblər.
"Bizim partiya bu nəticələri tanımayacaq. Seçkilər azad və ədalətli keçirilməyib", - bu sözləri Frans Press Agentliyinə parlamentin keçmiş spikeri, Demokratik Gürcüstan partiyasının lideri Nino Burcanadze deyib.
Seçkinin ilkin nəticələri elan olunandan sonra baş nazir Giorgi Kvirikashvili də açıqlama verib: "Bu, həqiqətən, Gürcüstan demokratiyasını tərəddüdsüz möhkəmləndirəcək azad və ədalətli seçkilər oldu".
* * *
Hakim partiya vətəndaşların səsini qazandığını, müxalifət saxtakarlıq edildiyini iddia edir
Buna da baxın: Gürcüstanda iqtidar da, müxalifət də qalib olduğunu bildirir
Frans Press Agentliyinin xəbərinə görə, hakim Gürcü Arzusu partiyası ilkin rəsmi nəticələrdən sonra parlament seçkilərində qələbə qazandığını bildirib, müxalifət isə seçkidə hiylə edildiyini, saxtakarlıq olunduğunu iddia edib.
Mərkəzi Seçki Komissiyası səslərin təxəminən 60 faizindən çoxunun sayıldığını bildirib. Nəticələrə görə 50,01% səslə Gürcü Arzusu partiyası liderlik edir, ikinci yerdə isə Vahid Milli Hərəkat 26,65% səs qazanıb.
Buna da baxın: Gürcüstan yeni parlamentini seçdi
* * *
Gürcüstan Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən parlament seçkiləri ilə bağlı 2345 seçki məntəqəsindən olan nəticələri elan edib.
Abzas.net xəbər verir ki, yekun olmayan nətiqələrə görə hakim Gürcü Arzusu partiyası 49,92%, ana müxalifət partiyası olan Vahid Milli Hərəkat 26,7% səs toplayıblar.
Digər partiyaların nəticələri belədir: Gürcüstan Vətənpərvərləri Alyansı - 4,88%, Irakli Alasania - Azad Demokratlar - 4,13%, Shalva Natelashvili - Gürcüstan İşçi Partiyası - 1,48% və parlamentin keçmiş spikeri Usupashvili-nin Respublikaçılar Partiyası - 1,48 %.
Qeyd edək ki, ölkə üzrə ümumilikdə 3703 seçki məntəqəsində  səsvermə keçirilib. Parlamentdə düşmək üçün partiyalar tələb olunan minimum 5 faiz seçici səsini qazanmalıdırlar.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun