Guardian: "Azərbaycan dissidentləri Qərbi imitasiya oyunlarına inanmamağa çağırır"

Guardian: "Azərbaycan dissidentləri Qərbi imitasiya oyunlarına inanmamağa çağırır"
4 Oktyabr 2016
Mətni dəyiş
Böyük Britaniyanın məhşur qəzetlərindən "Guardian" qəzeti Azərbaycandakı siyasi vəziyyətlə bağlı məqalə yayımlayıb. Məqalənin adı belədir: “Azərbaycan dissidentləri Qərbi imitasiya oyunlarına inanmamağa çağırır.” Məqalənin xülasəsini təqdim edirik.
Neft qiymətlərinin düşməyi ilə Bakıda bir çox ambisiyalı tikinti layihələri yarımçıq qalıb. Siyasi analitik Fərid Quliyev deyir: “Çıxın bir şəhərdə gəzin. Şəhər artıq neft bumunun baş verdiyi lüks şəhəri xatırlatmır.”
Keçən həftə ölkə vətəndaşları Prezident İlham Əliyevin gücünün artırılmasına hesablanmış referenduma getdi. Rəsmi nəticələrə görə, iştirak dərəcəsi 70% olub və böyük əksəriyyət prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılmasına və dövlətin xüsusi mülkiyyəti ələ keçirməsini asanlaşdırmağa dəstəyini bildirib.
İqtisadi krizis xalqın gəlirlərini azaltdığı üçün maddi mənfəət üzərində qurulan hakimiyyətin əsaslarına təhlükə yaradırdı. Buna görə də hökumət aqressiv siyasi reaksiya verərək, bu cür referenduma getdi.
Referendum öncəsi müstəqil jurnalistlər və dissidentlərə qarşı təzyiqlər onu deməyə əsas verir ki, Azərbaycanın sivil cəmiyyəti “iflic” vəziyyətə gətirilib və bu, 1991-ci ildə əldə edilən müstəqillikdən bəri “ən pis vəziyyət”dir, – BMT-nin insan haqları üzrə məruzəçisi Maykl Forst son səfəri zamanı deyib.
Azərbaycandan gələn repressiya xəbərləri sürpriz deyil, bu ölkəni keçmiş Sovet ölkələrinin ən uzunömürlü avtoritar hakimiyyətlərdən biri idarə edir. Ancaq illərdir bu repressiyaların şiddətini artıran amil vəziyyətin yaxşılaşmağı ilə bağlı Azərbaycandan gələn məlumatlardır.
Yazda hökumət siyasi məhbusların böyük qismini azad etmişdi, dövlət mediası və rəsmilər sübhəli şəkildə Qərbi tənqidi dayandırmışdı.
Tarixçi və görkəmli ictimai xadim Altay Göyüşov deyir ki, o, özünü təhlükəsizlikdə hiss etməyə başlamışdı. “Bir il əvvəl mən müəyyən şeyləri deməyə çəkinirdim, çünki bilirdim ki, buna görə cəzalana bilərəm. Ancaq indi görürəm ki, məni cəzalandırmaqda heç bir məntiq yoxdur. Onlar yüksək nüfuzlu şəxsləri həbs etməklə özlərinə problem yaratmaq istəmirlər. Vəziyyət dəyişir.”
Ancaq Göyüşov və digərləri razıdırlar ki, siyasi dəyişikliklər kosmetikdir, sadəcə taktiki dəyişiklikdir, qərbin güzəştlərini sığortalamaq mahiyyəti daşıyır.
Onlar deyir ki, Azərbaycan hakimiyyətinin atdığı bütün siyasi addımlar iqtisadi krizisin nəticəsidir. Son 15 ildə yüksələn neft qiymətləri və Xəzər dənizinin maddi sərvətləri böyük massivli hökumət xərclərini qarşılayırdı. Göydəndüşmə neft pulları 90-cı illərdə Sovetin dağılmasından sonra yaranan katastrofik vəziyyətdən ölkəni dartıb çıxardı. Ancaq neft qiymətlərin kəskin düşüşü ölkəyə ciddi ziyan vurdu. Milli valyuta, manat öz dəyərinin yarısını itirdi. İndi rəsmi Bakı Dünya Bankından və Beynəlxalq Maliyyə Fondundan vəsait cəlb etmək üçün uğraşır.
Yazda azad olunan siyasi məhbuslardan araşdırmaçı jurnalist Xədicə İsmayılovaya görə, Azərbaycan hökumətinin “pula ehtiyacı var … və qərb institutları bu pulu ancaq müəyyən şərtlərlə verə bilər” – şəffaflıq tələb etmək və xüsusi qruplara monitorinq haqqı vermək.
“Hökumət bu səbəbdən QHT-lərə diqqət ayırır, ancaq bu, sadəcə imitasiyadır. Onlar QHT-çiləri azad edir, amma imkan vermirlər ki, onlar QHT-lərini idarə etsin. İmitasiya müəyyən mənada işləyir. Mənim danışdığım diplomatlar açıq şəkildə bildirir ki, onlar rejimin yumşalma əlamətlərini hiss edirlər. Mən isə onlara deyirəm ki, inanmayın, bu, imitasiyadır.” – o bildirib.
Bunu keçmiş siyasi məhbus, talış milli azlığının hüquqlarının müdafiəçisi, talış dilli qəzetin baş redaktoru Hilal Məmmədov da təsdiq edir. “Ölkə rəhbərliyi fikirləşir ki, onlar ABŞ və Avropa ilə siyasətlərində ehtiyatlı olmalıdır. Məsələn, əvvəllər ABŞ-a qarşı tənqidləri tez-tez eşidərdik, ancaq indi demək olar buna rast gəlmirik.”
Hilal Məmmədov narahat olur ki, real dəyişikliklərə ümid yarandığı bir vaxtda o, danışıqlarda alver predmetinə çevrilə bilər. “Mən narahatam ki, Avropanın insan haqlarını müdafiəsi əməldən çox, sözdə özünü göstərir,” – o deyib.
Konstitusiya dəyişiklikləri sürpriz addım oldu. Rəsmi Bakı balanslı siyasət yeritmək istəyir, ancaq referendumun buna xidmət etmədiyi aşkardır. Hökumət tənqidçiləri dəyişikliyi Əliyevin hakimiyyəti qəsbi kimi görür.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun