Fransanın Konyak şəhərində Məhsəti Gəncəvinin heykəli ucaldılıb

Fransanın Konyak şəhərində Məhsəti Gəncəvinin heykəli ucaldılıb
8 Oktyabr 2016
Mətni dəyiş
Fransanın Konyak şəhərindən Azərbaycanın Fransadakı səfirliyinin və Heydər Əliyev fondunun təşkilatçılığı ilə “Nizami Gəncəvi və Məhsəti Gəncəvi: XII əsrlə XXI əsri birləşdirən ədəbi körpü” adlı layihəsi çərçivəsində şairə Məhsəti Gəncəvinin heykəlinin açılış mərasimi olub.
Tovuz və Konyak şəhərlərinin qardaşlaşması layihəsi çərçivəsində Məhsəti Gəncəvinin heykəli ucaldılıb.
Açılış mərasimi Konyak şəhərinin meri Mişel Qurənşanın çıxışı ilə başlayıb. O, Konyakın minillik yubileyində Tovuz şəhər nümayəndə heyətinin iştirakını, iki şəhər arasındakı mədəni əlaqələrin getdikcə daha da möhkəmləndiyini qeyd edib.
Sonra Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyada, xüsusilə də Fransada həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib.
Konyakın merinin müavini Jan-Fransua Herouard isə Məhsəti Gəncəvinin yaradıcılığından danışaraq həzin musiqi sədaları altında onun rübailərindən bir neçəsini söyləyib.
Tədbir iştirakçıları Məhsəti Gəncəvinin heykəlinin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevə yaratdıqları bu ecazkar əsərə görə təşəkkür ediblər.
Açılış mərasimindən sonra meriyada təşkil olunan kokteyldə tarzən Rövşən Qurbanovun və kamança ustası Ceyhun Muradovun müşayiəti ilə Gülay Zeynallı muğamlarımızı ifa edib. Tədbir iştirakçıları Azərbaycan muğamlarına valeh olduqlarını bildiriblər.
konyak2   konyak3 konyak4 konyak5 konyak6 konyak7  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun