Fransa qaçqın uşaqlar üçün İngiltərəyə çağırış edib

Fransa qaçqın uşaqlar üçün İngiltərəyə çağırış edib
11 Oktyabr 2016
Mətni dəyiş
Fransa Daxili İşlər naziri Bernard Cazenueve İngiltərəni qaçqın uşaqların ailələrini tapa bilməsi mövzusunda məsuliyyətli olmağa çağırıb.
RTL radio kanalına müsahibə verən Cazeneuve, "İngiltərədən əxlaqi məsuliyyətini yerinə yetirməsini tələb edirəm. Calais şəhərində İngiltərədəki ailəsindən ayrı yaşayan yüzlərlə uşaq var və bunların siyahısını dəqiqləşdirmişik. Öz üzərimizə düşən məsuliyyəti yerinə yetirdik", - deyə bildirib.
Cazeneuve bu gün İngiltərə Daxili İşlər naziri Amber Rudd ilə Londonda görüş keçirəcək.
Calais şəhərindəki sığınacaq axtaran şəxslərin yaşadığı düşərgənin ləğv edilməsinə dair də şərhlər verən Cazeneuve, qaçqınlar üçün 7 min nəfərlik yerləşmə yerinin təmin edildiyini vurğulayıb.
Cazeneuve düşərgənin il sonuna qədər tamamilə ləğv edilə bilməsi üçün daha çox sığınacaq yerinə ehtiyac olduğunu söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun