Fikrət Fərəməzoğlunun apellyasiya şikayətinə baxılacaq

Fikrət Fərəməzoğlunun apellyasiya şikayətinə baxılacaq
27 Oktyabr 2016
Mətni dəyiş
Oktyabrın 28-də saat 15.00-da Bakı Apellyasiya Məhkəməsində jurnalist Fikrət Fəraməzoğlunun apellyasiya şikayətinə baxılacaq.
Vəkil Elçin Sadıqov bu barədə sosial şəbəkədə məlumat paylaşıb.
Vəkil bildirib ki, jurnalistin həbsi barəsində 30 yanvar 2017-ci il tarixədək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətinin təmin edilməməsi haqqında Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qərarından verdiyi apellyasiya şikayətinə baxılacaq.
Elçin Sadıqovun sözlərinə görə, məhkəmə iclası qapalı keçiriləcək. Vəkil əlavə olaraq qeyd edib ki, jurnalist Fikrət Fəraməzoğlu prosesə gətiriləcək.
Xatırladaq ki, jam.az saytının baş redaktoru F. Fəraməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.
Oktyabrın 19-da jurnalistə qarşı həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmək ittihamı irəli sürülüb. Vəkil Elçin Sadıxov deyib ki, əvvəlki ittihamla Fərəməzoğlu üçün 3 ildən 5 ilədək həbs gözlənilirdisə, indi əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilədək həbs gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun