Estoniyada ilk dəfə qadın prezident seçilib

Estoniyada ilk dəfə qadın prezident seçilib
4 Oktyabr 2016
Mətni dəyiş
Estoniya tarixində ilk dəfə qadın prezident seçilib. Üçüncü cəhddə prezident seçilən yeni prezident daha əvvəl Avropa Ali Maliyyə Məhkəməsində ölkəsinin nümayəndəsi kimi fəaliyyət göstərən xanım Kersti Kaljulaid (Kersti Kalyulayd) olub.
Bununla da Estoniya tarixində ilk dəfə qadın prezident olub. Parlamentdə keçirilən səsvermədə prezident seçilməsi üçün namizədin səslərin ən azı üçdə iki hissəsini – 101 səsdən 68-ni toplaması lazım gəlirdi.
K.Kalyulayda isə 81 deputat səs verib. Maraqlıdır ki, o, dövlət başçısı postuna yeganə namizəd olub.
Xatırladaq ki, hazırkı prezident Tomas Hendrik İlvesin səlahiyyətləri oktyabrda başa çatır. O, bu postu ikinci dəfə tutduğundan, Konstitusiyaya görə, üçüncü müddətə seçilə bilməzdi.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun