Ermənistanda yeni müdafiə naziri və Baş Qərargah rəisi təyin olundu

Ermənistanda yeni müdafiə naziri və Baş Qərargah rəisi təyin olundu
3 Oktyabr 2016
Mətni dəyiş
Ermənistan prezidenti Serj Sarkisyanın sərəncamı ilə yeni müdafiə naziri təyin olunub.
Seyran Ohanyanı bu vəzifədə Viqen Sarkisyan əvəz edəcək. O, prezident administrasiyasının keçmiş rəhbəri olub.
Digər qərara əsasən, Xarici İşlər Naziri Edvard Nalbandyan öz vəzifəsində qalıb.
Qeyd edək ki, 2008-ci ildən bu yana xarici işlər naziri postunu tutur.
Prezident Sarkisyanın sərəncamı ilə Ermənistan Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi də təyin olunub. 2016-cı ilin mayından müdafiə nazirinin müavini vəzifəsini daşıyan, Maddi-Texniki Təchizat Departamentinin rəisi Movses Akopyan bu vəzifəyə gətirilib.
Serj Sarkisyanın daha bir sərəncamı ilə Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Yuri Xaçaturov Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub.
Xatırladaq ki, Milli Təhlükəsizlik Şurasının sabiq katibi Armen Gevorkyan cari ilin iyun ayında Prezident Aparatının rəhbəri təyin olunmuşdu. Ermənistan hökumətində yeni kadr dəyişiklikləri fonunda, 2016-cı ilin sentyabrın 13-də Kalen Karapetyan baş nazir təyin edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun