Dövlət Sərhəd Xidməti Xəzərdə təlimlər keçirib

Dövlət Sərhəd Xidməti Xəzərdə təlimlər keçirib
10 Oktyabr 2016
Mətni dəyiş
Dövlət Sərhəd Xidməti (DSX) Xəzər dənizinin Azərbaycana aid hissəsində təlimlər keçirib.
DSX-nin oktyabrın 10-da yaydığı məlumatda təlimlərin oktyabrın 5-dən 8-nə kimi keçirildiyi bildirilir.
Məlumatda qeyd edilir ki, təlimlərin əsas məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı kəmərlərin mühafizəsinin təşkili və DSX bölmələrinin döyüş hazırlığının təkmilləşdirilməsi olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun