Dövlət büdcəsi 519 milyon manat kəsirlə icra olunub

Dövlət büdcəsi 519 milyon manat kəsirlə icra olunub
14 Oktyabr 2016
Mətni dəyiş
2016-cı ilin doqquz ayında dövlət  büdcəsinin mədaxili 10103,1 mln. manat,  xərcləri 10622,2 mln. manat olmuş, 519,1 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.
2016-cı doqquz ayında dövlət büdcəsinin mədaxili 12098,3 mln. manat proqnoza qarşı  10103,1 mln. manat və ya 16,5 faiz az icra olunub.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2  faiz  icra edilməklə dövlət büdcəsinə 4926,3 mln. manat vəsait təmin edib ki, həmin vəsaitin 78,0 faizi (ötən ilin eyni dövrünə nisbətən 9,6 faiz-bənd çox) və ya  3843,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 125,6 faiz əməl edərək dövlət büdcəsinə 1653,8 mln. manat vəsait təmin edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 529,6 mln. manat və ya 47,1 faiz çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 3260,0  mln. manat  vəsait daxil olub ki, bu da proqnoza nisbətən 2370,5 mln. manat və ya 42,1 faiz azdır.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 192,9 mln. manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 70,1 mln. manat vəsait daxil olub.
2016-cı ilin doqquz ayında dövlət büdcəsinin xərcləri isə proqnoza nisbətən 87,5 faiz və ya 10622,2 mln. manat icra olunub.
Dövlət büdcəsi xərclərinin 42,5 faizi və ya 4514,0 mln. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 406,6 mln. manat və ya 9,9 faiz çoxdur.
Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 212,8 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1151,7 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 29,0 mln. manat vəsait yönəldilib.
Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 3800,7 mln. manat icra olunub.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun