Cahangir Hacıyev məhkəmədən bəraət istəyib

Cahangir Hacıyev məhkəmədən bəraət istəyib
28 Oktyabr 2016
Mətni dəyiş
Azərbaycan Beynəlxalq Bankının həbsdəki sabiq sədri Cahangir Hacıyev ona bəraət verilməsini istəyir.
C. Hacıyevin vəkillərindən Fəxrəddin Mehdiyevin verdiyi məlumata görə, bankirin vəkilləri çıxarılan hökmdən apellyasiya şikayəti verib.
Vəkil Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü əsassız hesab etdiklərini, şikayətlərində həmin hökmün ləğv edilməsin, bankirə bəraət verilməsini tələb etdiklərini söyləyib.
Xatırladaq ki, Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə önünə çıxarılıb. Onlar mütəşəkkil dəstə kimi, bankın külli miqdarda vəsaitini mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı kimi əməllərdə suçlanırdılar.
Cahangir Hacıyev mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 15 il azadlıqdan məhrum edilib.
Cahangir Hacıyev ittihamları qəbul etmir, hesab edir ki, barəsindəki cinayət işinə xitam verilməli və olanlara görə, ondan və digər təqsirləndirilən şəxslərdən üzr istənməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun