"Burda Qüdrət Həsənquliyev yox, İsa Qəmbər və Əli Kərimli iştirak etməli idi"

"Burda Qüdrət Həsənquliyev yox, İsa Qəmbər və Əli Kərimli iştirak etməli idi"
8 Oktyabr 2016
Mətni dəyiş
Dünən “Azəri-Türk” Qadınlar Birliyinin təşkil etdiyi Azərbaycanın Dövlət  Müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbirdə qalmaqal yaşanıb.
Qalmaqalın yaranmasına səbəb, Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlunun iradı olub.
Yasəmən Qaraqoyunlu: “Bu gün burda Qüdrət Həsənquliyev yox, bugünkü müstəqilliyimizdə haqqı olan Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər və AXCP sədri Əli Kərimli iştirak etməli idi.” – deyərək İsa Qəmbər və Əli Kərimlinin tədbirə dəvət olunmamasını irad tutub.
“Mən burda Qüdrət Həsənquluyevin özünü Milli Azadlıq Hərəkatının lideri kimi təqdim etməsini qəbul etmirəm. O heç vaxt Milli Azadlıq hərəkatının lideri olmayıb. İsa Qəmbər və Əli Kərimli isə Milli Azadlıq hərəkatının liderlerindəndirlər” – Yasəmən Qaraqoyunlu əlavə edib.
Yasəmən Qaraqoyunlunun bu iradlarına cavab verən “Azəri–Türk” Qadılar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, əksinə, Əli Kərimlinin heç bir zaman Azadlıq hərəkatının lideri olmadığını və bilərəkdən də onları bu tədbirə dəvət etmədiyini bildirib. “Bu tədbiri mən təşkil etmişəm, onlar da, getsinlər özləri tədbir təşkil edib, fikir bildirsinlər. Qüdrət Həsənquluyev isə Azadlıq Hərəkatının lideri olduğunu demədi, xahiş edirəm çıxışı düzgün təhlil edin . ” -deyə Tənzilə Rüstəmxanlı bildirib.
“Əbülfəz Elçibəy Azərbaycan Azadlıq Hərakatının liderlərindən biri olub, bunu danmıram. Amma Azərbaycanı parçalanmaq bəlasından Heydər Əliyev qurtarıb, müstəqilliyimizi saxlayan məhz Heydər Əliyev olub ” -deyə Tənzilə Rüstəmxanlı bildirib…

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun