Böyük Britaniyanın AB-dən çıxacağı vaxt açıqlanıb

Böyük Britaniyanın AB-dən çıxacağı vaxt açıqlanıb
2 Oktyabr 2016
Mətni dəyiş
Böyük Britaniya AB-dən çıxma prosedurunu Almaniyadakı Parlament seçkiləri başlamadan yəni, 2017-ci ilin sentyabrından gec başlatmayacaq. 
Teresa May bildirib ki, Brexit proseduru rəsmi olaraq Kraliça II Elizabeth özünün növbəti çıxışı zamanı təqdim edəcəyi sənədlə başladılacaq.
Daha öncə, baş nazirin Brexsitlə əlaqədar parlamentdə seçki keçirməyəcəyi bildirilmişdi. Belə ki, onun prosesi başlatmaq üçün yetəri qədər səlahiyyəti vardır.
AB-də Böyük Britaniyanın üzlüyünə son verməklə bağlı referendum iyunun 23-də keçirilib və Britaniya əhalisinin yarıdan çoxu (51.9%) üzvlüyün əleyhinə səs verib. Hər hansı üzv ölkə AB-dən çıxmaq üçün Lissabon müqaviləsinin 50 maddəsinin icrasını başlatmalıdır. KİV-lərin məlumatına görə rəsmi prosedur iki ilə qədər çəkə bilər. .

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun