"BMT-nin Hələb təklifi vətəndaşlar baxımından müsbət addım sayıla bilər"

"BMT-nin Hələb təklifi vətəndaşlar baxımından müsbət addım sayıla bilər"
11 Oktyabr 2016
Mətni dəyiş
Moskvada Rojava Nümayəndəliyi rəhbəri Rodi Osman BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan də Misturanın yeni təklifi ilə bağlı açıqlama verib.
Rodi Osman bildirib ki, Hələbdə olan Əl Nusra üzvlərinin şəhərdən çıxarılmasına yoldaşlıq edilməsi təklifi vətəndaşların yaşadığı ağrılı hadisələrin sonlandırılması ilə bağlı bir addım ola bilər.
Hələbdəki təxminən 1000 'köhnə' Əl Nusra (Əl Qaidənin ayrıldığını elan etdikdən sonrakı adıyla Fəth əl Şam Cəbhəsi) üzvünə şəhəri tərk etmə çağırışı edən De Misturanın sözlərini qiymətləndirən Osman, "Xüsusi nümayəndənin Nusra Cəbhəsi üzvlərinin İdlibə aparılması təklifi, Hələbin qərbindəki çox sayda insanın ağrısını dindirəcək", - deyə qeyd edib.
Suriyada terrorla mübarizə aparmaq üçün ən təsirli ssenarinin Suriya xalqının, müxaliflərin və Suriya hökumətinin nümayəndələrinin iştirakı ilə siyasi irəliləyişə nail olacağını ifadə edən Rojova Nümayəndəliyi başçısı, eyni zamanda bəzi şəhər və qəsəbələrdəki mühasirənin də ləğv edilməsinin lazım olduğunu ifadə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun