Bakıda daha bir qeyri-insani polis davranışı - [Video]

Bakıda daha bir qeyri-insani polis davranışı - [Video]
16 Oktyabr 2016
Mətni dəyiş
"Dəhşətlidir. Bu nə qeyri-insani rəftardı, bu nə vəhşilikdir?"
Bu barədə "Sancaq" səhifəsinin yaydığı məlumatda qeyd edilir. Səhifə bir polisin qeyri-insanı rəftarı ilə bağlı video yayıb.
Videodan görünür ki, polis küçədə yerdə yatan bir insanın üstünə su axıdır. Qısa müddətdən sonra həmin şəxs halsızca oyanır. İnsanın oyanmağına baxmayaraq polis suyu dayandırmır, həmin insanın üstünə suyu tökməkdə davam edir.
"Sancaq" səhifəsinin şərhində deyilir ki, bu da Azərbaycan polisi, küçələrdə yetim qalan insana qarşı etdiyi hərəkətə bir baxın:
"Bu soyuqda durub insanı isladır, elə bil ağac sulayır. Həmin bu polis görən evdəkilərə qarşı da belə edir? Camaatın gözü qarşısında polis vətəndaşı alçaldır, ətrafdakı insanlar isə əylənirlər, gülürlər. Heç kim gəlib kömək etmir".
İş saatı olmadığına görə rəsmi qurumlardan hadisəyə münasibət ala bilmədik. Mövzunu davam etdirəcəyik.
  [video width="654" height="480" mp4="http://abzas.net/wp-content/uploads/2016/10/14673975_1285679541483712_7808604243274760192_n.mp4"][/video]    

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun