Avropa İttifaqı ilə Azərbaycan arasında alt komitələr fəaliyyətini bərpa edir

Avropa İttifaqı ilə Azərbaycan arasında alt komitələr fəaliyyətini bərpa edir
1 Oktyabr 2016
Mətni dəyiş
Avropa İttifaqı ilə Azərbaycan arasındakı alt komitələr artıq öz fəaliyyətini bərpa edir. Bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.
O, oktyabr ayının ortalarında Azərbaycanla Aİ arasında ilk belə tədbirin keçiriləcəyini deyib.
"Həmin görüşdən sonra növbəti məsələlər haqqında danışmaq mümkündür. “Avropa Şəhərciyi” layihəsində Avropa İttifaqında üzv ölkələr geniş tərkibdə iştirak edir. Bu, Avropa İttifaqının Azərbaycanla tərəfdaşlığı bilavasitə davam etdirmək niyyətində və qərarında olduğunu göstərir. Azərbaycanla güclü tərəfdaşlığımıza davam etməklə yanaşı, istər islahatların aparılması, istər təhsil sahəsində müvafiq mübadilə proqramlarının həyata keçirilməsi sahəsində münasibətlərimizi daha da möhkəmləndirmək istəyirik", - deyə xanım diplomat qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun