“Android”lərə edilmiş kiberhücumların vurduğu ziyan rekord həddə artıb

“Android”lərə edilmiş kiberhücumların vurduğu ziyan rekord həddə artıb
16 Oktyabr 2016
Mətni dəyiş
“Group-IB” şirkəti “Android” sistemi ilə işləyən qurğulara qarşı həyata keçirilmiş hücumların sayında rekord artım qeydə alınması barədə məlumat yayıb.
Məlumata görə, geridə qalan 2 il ərzində istifadəçilər haker əməliyyatları nəticəsində 5 milyon dollardan çox vəsait itiriblər ki, bu da daha əvvəlki dövrə nəzərən 471 faiz yüksəkdir.
“CiberCrimeCon 2016” konfransında təqdim edilmiş şirkətin hesabatında vurğulanıb ki, kibercinayətlərin həyata keçirilməsində əsas motiv bir qayda olaraq, iri məbləğdə pul qazanmaqdır. Hər gün 350 “Android” istifadəçisi hakerlərin qurbanı olur ki, onların hər biri orta hesabla 60 dollar itirir.
Bu halda qeyd edilir ki, mobil qurğular üçün troyanlar, demək olar ki, fərdi kompüterlər üçün virusları geridə qoyub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun