ABŞ İraqa əlavə hərbi qüvvə göndərir

Amerika Birləşmiş Ştatları Mosul əməliyyatı üçün İraqa daha 500 əsgərin göndəriləcəyini açıqlayıb.
Kanzas ştatında mövqelənən 500 əsgərin Mosul əməliyyatından əvvəl İraq ordusunu taktika baxımından hazırlamaq üçün İraqa göndəriləcəyi bildirilib.
ABŞ ordusundan verilən açıqlamada, “Həm Fərat, həm də Dəclə vadilərində DAEŞ-ə qarşı əməliyyatlar planlaşdıran və bunları həyata keçirən İraq təhlükəsizlik qüvvələrinin tədrisinə kömək edəcəyik”, – deyə qeyd edilib.