​Fitch: OPEC-in qərarı simvolik xarakter daşıyır

​Fitch: OPEC-in qərarı simvolik xarakter daşıyır
2 Oktyabr 2016
Mətni dəyiş
Beynəlxalq reytinq agentliyi Fitch, OPEC-in Əlcəzairdə neft emalı həcminin azaldılması ilə bağlı qərarı yaxın gələcəkdə qiymətlərin enməsi ehtimalını azaldaraq simvolik xarakter daşıdığını bildirib. 
Qeyd edək ki, OPEC 28 sentyabrda Əlcəzairdə keçirilən görüş zamanı sutkada 32,5-33 milyon barrel neftin əldə edilməsi barədə razılığa gəlib. Ayrılıqda hər bir ölkə üçün isə limit 30 noyabrda Vyanada keçirilən rəsmi görüş zamanı təyin ediləcək.
OPEC-in bu qərarı 2008-ci ildən bu günə qədər neft emalının məhdudlaşdırılması ilə bağlı verilən ilk qərarı olub.
Bundan əlavə Fitch agentliyi hesab edir ki, neft bazarı tam olaraq növbəti 2017-ci ildə balanslaşdırılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun