101 dövlət müəssisəsi özəlləşdirilməyə çıxarılır

101 dövlət müəssisəsi özəlləşdirilməyə çıxarılır
3 Oktyabr 2016
Mətni dəyiş
 Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı noyabrın 1-də keçiriləcək yeni hərrac elan edilib.
Budəfəki hərraca 101 dövlət müəssisə və obyekti çıxarılıb.
Hərraca çıxarılan dövlət əmlaklarının 23-ü özəlləşdirmə prosesi çərçivəsində yaradılan və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45%-ni təşkil edən, paytaxt Bakı şəhəri ilə yanaşı, Mingəçevir şəhəri, habelə Neftçala, Astara, Abşeron, Yevlax, Xaçmaz, Kürdəmir və digər rayonlarda yerləşən səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri kəndkimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, xidmət, sənaye, emal və digər sahələri əhatə edir. Bu müəssisələr sırasında “Astara Çay-3”, “Lənkəran Broyler”, “Masazır Quşçuluq”, “Tovuz Məişət”, “Yevlax Yun”, “Zabrat Tikinti Quraşdırma” və digər səhmdar cəmiyyətləri var.
Eyni zamanda, hərraca 62 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Bu obyektlər sırasında Bakı şəhərinin müxtəlif rayonlarında, habelə Şəki, Ağsu, Hacıqabul, Salyan, Balakən, İsmayıllı və digər rayonlarda yerləşən qeyri-yaşayış sahələri, habelə ictimai iaşə və ticarət müəssisələri var.
Bununla yanaşı, hərraca çıxarılan dövlət obyektlərinin siyahısında 16 ədəd nəqliyyat vasitəsi də yer alıb.
İstənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirak etmək üçün iştirakçı hüququnu əldə etmək kifayətdir. Bunun üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla bölmələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəmək kifayətdir.
Qeyd edək ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun