Əsəd rejimi: Müxalifətlə görüşməyə hazırıq

Əsəd rejimi: Müxalifətlə görüşməyə hazırıq
30 Oktyabr 2016
Mətni dəyiş
Suriya prezidenti Əsədin məsləhətçisi Buseyna Şaban Şam rəhbərliyinin müxalifətlə müzakirələrə yenidən başlamağa hazır olduğunu söyləyib.
Rossiya 24 televiziyasına müsahibə verən Şaban BMT-nin və müxalifətin də hazır olması halında müzakirə masasına təkrar oturmağa hazır olduqlarının vurğulayıb.
Suriyada atəşkəs təmin edilməsi istiqamətində irəlilədiklərini ifadə edən Şaban, "Suriya rəhbərliyi, öz xalqı arasında atəşkəs mövzusunda əhəmiyyətli uğurlar əldə edib. Bir çox adam silahını kənara qoyur və ölkəmizi yenidən canlandırmaq üçün hökumətlə birləşir", - deyə bildirib.
Buseyna Şaban Rusiya Dövlət Başçısı Vladimir Putinin Valday Klubunda təklif etdiyi Marshall Planını dəstəklədiklərini qeyd edib. Şaban bu planın Suriyanı qurtarmanın və yenidən canlandırmanın tək yolu olduğunu iddia edib.
Digər tərəfdən Buseyna Şaban Rusiya və Suriyanın İdlib şəhərindəki məktəbə təşkil edilən hücumla əlaqəsi olmadığını bildirib: "Rusiya həqiqətin işıqlandırılması lazım olduğunu elan edib. Ancaq ABŞ bu ana qədər bu köməklik göstərməyib. Çünki məktəbi kimin vurduğunu bilirlər".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun