Ərdəbildə divarlara "azərbaycanlı fəallara azadlıq" şüaları yazılıb

Ərdəbildə divarlara "azərbaycanlı fəallara azadlıq" şüaları yazılıb
1 Oktyabr 2016
Mətni dəyiş
İranda yeni dərs ilinin ilk həftəsində Ərdəbil küçələri milli şüarlarla bəzədilib. Bu barədə GAMAC saytı məlumat yayıb.
Gənc fəallar şəhərin müxtəlif küçə və xiyabanlarında divarların üzərinə ana dilində təhsil və həbsdə olan azərbaycanlı fəalların azadlığa buraxılmasını tələb edən şüarlar yazıblar. Mənbə bildirir ki, şəhərin müxtəlif yerlərində “türk dilində mədrəsə”, “Siyamək Mirzayi azad olsun”, “Milli məhbuslar azad olsun” və s. kimi şüarlara rast gəlinir.
ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları, Siyamək Mirzayini iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərindəki şəxsi ərzaq mağazasında tutublar. Fəal əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, o iyulun 15-də Tehranın Evin zindanına köçürülüb. Hakim onun müvəqqəti azadlığa buraxılması üçün 10 milyard rial dəyərində mülki vəsiqə qərarı çıxarıb.
2 3  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun