Ərəb Birliyindən BMT-yə etiraz

Ərəb Birliyindən BMT-yə etiraz
10 Oktyabr 2016
Mətni dəyiş
Ərəb Birliyinin baş katibi Əhməd Əbul Gayt Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Suriyanın Hələb şəhəri ilə əlaqədar qərar almamasını təəssüf hissi ilə qarşıladığını bildirib.
Ərəb Birliyinin baş katibi Əhməd Əbul Gayt yazılı açıqlamasında qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMGK) Suriyanın Hələb şəhərində qarşıdurmaların dayanması, humanitar yardımların ehtiyac sahiblərinə çatdırılması və yaralıların azad edilməsiylə bağlı hansısa qərar qəbul etməməsini dərin təəssüf hissi ilə qarşılayıb.
Əbul Gayt Avropa Komissiyasının BMT ilə koordinasiyalı şəkildə Hələbin şərqindəki vətəndaşlara humanitar yardım çatdırmaq üçün başlatdığı cəhdindən isə məmnuniyyət duyduğunu ifadə edib.
Qeyd edək ki, Suriyanın Hələb şəhərində qarşıdurmaların dayanmasını və hərbi təyyarələrin şəhər üzərində uçuşuna son verilməsini ehtiva edən BMT Təhlükəsizlik Şurasının (BMGK) qərar layihəsi Rusiya tərəfindən veto edilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun