YouTube yeni xidməti ilə birlikdə sosial şəbəkəyə çevrilir

YouTube yeni xidməti ilə birlikdə sosial şəbəkəyə çevrilir
14 Sentyabr 2016
Mətni dəyiş
"YouTube" yayımçılarla izləyiciləri arasında əlaqəni gücləndirəcək yeni xidmətini tanıdıb.
"YouTube" kanallarının içərisinə artırılan "Community" bölməsi videobloqqerlərin izləyiciləri ilə mətn, şəkil, GIF formatlı animasiya paylaşmağa, canlı video yayımlamağa imkan verəcək.
İzləyicilər bu paylaşımlardan "Facebook"un zaman tunelinə bənzər "izləyici lenti"ndən xəbər tutacaqlar. Onlar yeniliklərlə bağlı bildirişlər də alacaqlar.
"YouTube", hələlik, xidmətin «beta» versiyasını istifadəyə verib. Platformanın tezliklə xidmətə yeni funksiyalar əlavə edəcəyi də bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun