Yazıçı Fərman Kərimzadənin oğlu məhkəmə qarşısında

Yazıçı Fərman Kərimzadənin oğlu məhkəmə qarşısında
19 Sentyabr 2016
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən posesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Əziz Kərimzadə özünü təqsirli bilmədiyini bildirib.
Məhkəmə sentyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, Ə.Kərimzadə 4 nəfər vətəndaşın ümumilikdə 60 min manatdan çox pulunu yolu ilə ələ keçirməkdə ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Daha sonra isə məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciə edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Ə.Kərimzadə onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.
Ə.Kərimzadə Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun