Yalnız bir Avropa ölkəsi paytaxtsız güclüdür - infoqrafika

Yalnız bir Avropa ölkəsi paytaxtsız güclüdür - infoqrafika
16 Sentyabr 2016
Mətni dəyiş
Berlinin keçmiş meri Klaus Wowereit Almaniyanın paytaxtını "kasıb, lakin gözəl" şəhər adlandırıb. Faktiki olaraq, Berlin Avropada ölkəsinin ümumi daxili məhsulunun formalaşmasında rol oynamayan tək paytaxt şəhərdir.
Köln İqtisadi Tədqiqatlar İnstitutu bir ölkənin paytaxtı olmadan ümumi daxili məhsulunun (ÜDM) hansı vəziyyətdə ola biləcəyi ilə bağlı araşdırma aparıb.
Londonsuz İngiltərənin adambaşına düşən gəliri 11% az olardı. Əgər Paris olmasaydı, Fransa ÜDM-i 15% aşağı düşərdi, hansı ki,  Total, Renault, Peugeot kimi nəhəng şirkətlərin baş ofisləri bu şəhərdə yerləşir. Yunanıstan da isə Afina ÜDM-in 20%-ni təmin edir.
Almaniya Avropanın ən böyük iqtisadiyyatına sahib ölkəsidir, amma maliyyə baxımından zəif, lakin cazibədar Berlin olmasaydı, hər alman 0.2% daha zəngin olardı.
1989-cu ildə Berlin divarının sökülməsindən sonra paytaxtın bərpası üçün varlı qərb və kasıb şərq birlikdə mübarizə apardı. Paytaxtda işsizlik ölkə miqyasından çox idi və dövlətdən digər vilayətlərdən daha artıq subsidiyalar aldı.
Baxmayaraq ki, Berlin özünü startap və böyük turizm mərkəzi kimi yenidən kəşf edib, Frankfurt hələ də ölkənin maliyyə mərkəzidir, amma Almaniyanın sənayə nəhənglərinin əksər baş ofisləri başqa yerlərdədir. Məsələn, BMW və Siemens-in mərkəzi Bavariyada yerləşir.
Tərcümə: Nihad Hüseyn
data infoqrafika

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun